Ailə münaqişəsi qanla bitdi | Baku TV hadisə yaşanan binada
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunda ailə münaqişəsi zəminində qanlı hadisə baş verib. "Baku TV"-nin hadisə yerindən verdiyi məlumata görə, Əhmədbəy Ağayev küçəsi, ev 131 ünvanında 31 yaşlı Aysel İsmayılova qardaşı tərəfindən çoxsaylı bıçaq xəsarətlərinə məruz qalıb. Münaqişənin hansı səbəbdən başladığı hələlik tam bəlli olmasa da, yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlər onun həyatı üçün mübarizə aparır.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. "Baku TV"-nin çəkiliş qrupu hadisənin baş verdiyi binada olub, qonşuların ifadələrini və ilkin təfərrüatları öyrənib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Ailə daxili zorakılığın bu dəhşətli nəticəsi və hadisə yerindən ən son görüntülər bizim eksklüziv reportajda.
#Bıçaqlanma hadisəsi teqi istifadə olunub
- Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
