ANAMA əməkdaşları qəzaya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qazax-Gürcüstan magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtoqəza zamanı “Toyota” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olanlardan 3 nəfər – 32 yaşlı Elşad Namazov, 29 yaşlı Ramin Məmmədov və 47 yaşlı Hüseyn Məmmədhəsənov hadisə yerində dünyasını dəyişib. Onların Minatəmizləmə Agentliyinin əməkdaşları olduğu bildirilir.
Eyni zamanda Agentliyin daha 2 əməkdaşı – 24 yaşlı Orxan Xəlilov və 24 yaşlı Sərxan Vəliyev xəsarət alıb.
TƏBİB-dən verilən məlumata görə, yol qəzası zamanı ümumilikdə 8 nəfər xəsarət alıb. Onlar Ağstafa və Qazax Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib. Hazırda yaralılara lazımi tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.
#Yol qəzası teqi istifadə olunub
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
