Anası və qardaşını qətlə yetirdi, digərlərini isə... | Azərbaycanlı ailədə faciə
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada yaşayan azərbaycanlı gənc iki ailə üzvünü öldürməkdə, üçünü isə ağır yaralamaqda ittiham olunur.
Hadisə Saksoniya-Anhalt vilayətinin paytaxtı Maqdeburq şəhərində baş verib. 18 yaşlı oğlan 42 yaşlı anasını və doqquz yaşlı qardaşını öldürməkdə şübhəli bilinərək həbs edilib.
Maqdeburq polisi açıqlama verərək, cinayətin bıçaqla törədildiyini deyib. Həmçinin 18 yaşlı gəncin 3 ailə üzvünə də müxtəlif bədən xəsarətləri yetirdiyini qeyd edib.
Məlumata görə, yaralanan şəxslər şübhəlinin 13 və 15 yaşlı iki bacısı və 17 yaşlı qardaşıdır. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, saxlanılan şəxs və onun ailəsi Azərbaycan əsilli olsalar da, həm Türkiyə, həm də Rusiya vətəndaşlığına sahibdirlər. Polis cinayətin motivi ilə bağlı hələ ki heç bir detalı açıqlamayıb. Faktla bağlı istintaq araşdırmaları davam edir.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
