Pleyeri seçin:

Arvadı yazışmasını tutdu, qohumunun gözü önündə... | Bakıda dəhşətli hadisə

07 mart 2025 291 baxış

“Whatsapp”da başqa qadınlarla danışdığını aşkar edən arvadını 9 bıçaq zərbəsi ilə öldürməyə cəhd edən Elməddin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ayaz İsmayılov küçəsi, 2 ünvanında baş verən hadisə ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, iyunun 9-u saat 21 radələrində kirayə yaşadığı evin yataq otağında olan zaman arvadı Xatın İsmayılova ona digər xanımla münasibətinin olmasını irad bildirməsi səbəbindən sonuncunu öldürmək qərarına gəlib.

Niyyətini həyata keçirtmək üçün qohumu Firəngiz Rasulovanın gözləri qarşısında mətbəxdən götürdüyü məişət təyinatlı bıçaqla Xatın İsmayılovanın döş qəfəsinə və bədənin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

Qadının ölmədiyini görərək saçından tutub qonaq otağına sürüyüb, başını kəsməkdən ötrü əlindəki bıçaqla boğazına zərbələr vurub. Bu an Firəngiz Rasulova ona mane olub. Yaralı vaxtında xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.

Məhkəmə iclasında Elməddin İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib. O, hadisə zamanı özündə olmadığını, bıçaqla arvadına cəmi 3 zərbə vurduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Elməddin İsmayılov 14 il müddətinə azadlıqdan məhrum olunub. 

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 291 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 291 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 291 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 291 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 291 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 291 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 291 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 291 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 291 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 291 baxış
Seçilmişlər
icon