Pleyeri seçin:

Arvadının olduğu hamam otağına girdi, sonra... | Gözləri görməyən şəxs niyə qatil oldu?

20 iyun 2025 704 baxış

Bakıda qohumunu qətlə yetirməkdə ittiham olunan və hər iki gözü görməyən Qulu Abbasovun cinayət işinin məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 17 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Müşavirədən sonra hakim hökmü oxuyub.

Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında Bakının Qaradağ rayonu ərazisində baş verib. Hər iki gözü görməyən Qulu Abbasovla qohumu və qətlə yetirdiyi Xanlar Əmirov arasındakı münaqişə 5 il əvvələ təsadüf edir.

Təqsirləndirilənin ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsindən bəlli olub ki, bu münaqişəyə səbəb mərhum Xanlar Əmirovun onların evində qonaq olarkən Qulunun gözlərinin görməməyindən istifadə edib həyat yoldaşı hamamda olduqda oraya daxil olmağa cəhd etməsi olub.

Bu hadisəni isə onun azyaşlı oğlu görərək atasına bildirib. Sonradan Qulu Abbasov məsələni aydınlaşdırdıqda bunun baş verdiyinə əmin olub.

Tərəflər arasındakı sonuncu qanlı insident isə Qulu Abbasovun qonşusu olan Taleh adlı şəxsin evində baş verib. Qohumlar eyni masanın arxasında oturarkən Qulu yerini dəyişməli olub. Xanların qarşısından keçən zaman qəfil ayağı ilə onun qarşısını kəsir və Qulu gözləri görmədiyindən masa arxasında yıxılır. Bundan sonra tərəflər arasında mübahisə yaranır və Qulu üzərindəki bıçaqla Xanlar Əmirova iki zərbə endirərək onu qətlə yetirir.

Qeyd edək ki, hadisədən sonra o, “102” zəng xidmətinə məlumat verərək qətli törətdiyini etiraf edib. Məlumat üçün bildirək ki, qətlə yetirilən Xanlar Əmirov əvvəllər qəsdən adam öldürdüyünə görə həbsdə olub.

Banner
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 704 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 704 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 704 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 704 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 704 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 704 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 704 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 704 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 704 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 704 baxış
Seçilmişlər
icon