Avropaya qanunsuz getmək istəyənlər saxlanıldı | İki qurumdan birgə əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.
Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb.
Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib.
Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.
#Qanunsuz miqrasiya teqi istifadə olunub
- Miqrantları daşıyan gəmi təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib
- İnsanlar niyə sərhədə axın etdi? - Avropada miqrasiya böhranının görünməyən üzü - Baku TV
- Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb
- Avropa Mərakeşlə əməkdaşlığı gücləndirir | Miqrasiya axını azaldılacaq - Baku TV CANLI
- Yaponiyada qanunsuz işləyənlərlə bağlı platforma yaradılacaq
