Pleyeri seçin:
Avtomobil aşdı, 5 nəfər xəsarət aldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Goran-Naftalan avtomobil yolunun Goranboy rayonu Balakürd kəndi ərazisindən keçən hissəsində Naftalan şəhər sakini, 1984-cü il təvəllüdlü Bəhruz Muradovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb.
Sürücü və avtomobildə olan sərnişinlər, Naftalan şəhər sakinləri – 1964-cü il təvəllüdlü İradə Bədəlova, 1964-cü il təvəllüdlü Məleykə Muradova, 2009-cu il təvəllüdlü Fatimə İbrahimli və 1982-ci il təvəllüdlü Şaiq İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Goranboy teqi istifadə olunub
- Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV
- Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
