Pleyeri seçin:
Avtomobil sürücüsü hadisə yerində öldü | Biləsuvarda qəza
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağır yol-nəqliyyat hadisəsi Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Arazbari kəndi ərazisində baş verib. "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2107"-nin sürücüsü, 48 yaşlı Mahir Abışov aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun nəşini sıxılıb qalan maşından çıxarıblar. Qəza zamanı mərhumun həyat yoldaşı və iki azyaşlı övladı, həmçinin "Mercedes"-in sürücüsü Pərviz Abıyev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
