Avtomobil üstündə düşən mübahisə ölümlə nəticələndi
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci il avqustun 5-nə keçən gecə Yasamal Rayon Polis İdarəsinə Əli Cəfərovun ağır bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.
Rayon prokurorluğunda faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, Əli Cəfərov şərikli taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü qeyri-rəsmi münasibətdə olduğu qadının qohumu İbrahim Dadaşova etibarnamə ilə avtomobil verib. Lakin bir müddətdən sonra maşını ondan geri tələb etdiyindən aralarında narazılıq yaranıb.
Avqustun 5-nə keçən gecə binanın qarşısında əvvəl Əli Cəfərov beysbol taxtası ilə İbrahim Dadaşovun baş nahiyəsinə zərbə endirib, o isə cavab olaraq bıçaqla onun başına zərbə vurub.
Əli Cəfərov xəstəxanada, eləcə də ev şəraitində uzun müddət müalicə olunmasına baxmayaraq, 1 il 7 aydan sonra ölüb.
Məhkəmə prosesində İbrahim Dadaşov özünü qismən təqsirli bilib və bildirib ki, əməlindən peşmandır.
Məhkəmə hesab edib ki, İbrahim Dadaşovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Dadaşov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
