Avtomobillə 2 nəfəri vurub qaçdı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Saray qəsəbəsində 2 nəfəri avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.
DİN-dən verilən məlumata görə, Qafarxan Qafarov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə ərazisində hərəkətdə olarkən əvvəlcə orta yaşlı kişini, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub.
Xəsarət alan kişi xəstəxayana yerləşdirilib. Qız isə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik göstərmədən hadisə yerindən uzaqlaşıb.
Əməliyyat-axtarış tədbiri ilə qəzanı törətməkdə şübhəli bilinən "Mercedes"in sürücüsü Qafarxan Qafarov saxlanılaraq istintaqa təqdim edilib. Onun barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
#Avtomobil qəzası teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Minik avtomobili iki yük maşınının arasında qaldı | Rusiyada bədbəxt hadisə - 24 SAAT
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bakıda avtomobil neft quyusuna düşdü
- Naxçıvanda dəhşətə gətirən ailə faciəsi yaşandı - Baku TV CANLI
