Avtoxuliqanlıq görüntüləri gündəm oldu | Saxlanılanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda narkotik vasitənin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Nərimanov rayonu Heydər Əliyev prospektində “Hyundai” markalı avtomobilin sürücüsü Abdullazadə Orxan Qabil oğlu ilə “VAZ-21705” markalı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Erol Azər oğlu avtoxuliqanlıq hərəkətləri ediblər.
Yol polisi tərəfindən həmin nəqliyyat vasitələri saxlanılaraq sənədlərinə baxış keçirilib. Bu zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan hər iki şəxs tibbi müayinəyə cəlb olunub. Onların narkotik vasitə qəbul etdikləri məlum olub.
Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Orxan Abdullazadə və Erol Quluzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq 15 sutka inzibati qaydada həbs ediliblər.
#Avtoxuliqanlıq teqi istifadə olunub
- Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV
- Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Baku TV
- Sükan arxasında etdiyi hərəkət sərxoş sürücüyə baha başa gəldi
- “Avtoş”luq edib yola pul səpdilər | Qubada toy karvanının təhlükəli “şou”su
- Bakıda “like” uğrunda avtoxuliqanlıq edən şəxs tutuldu
