Pleyeri seçin:
AZAL-ın qəzaya düşən təyyarəsindəki Azərbaycan və Rusiya vətəndaşlarının sayı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib. Bildirilib ki, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub.
Qazaxıstanın Səhiyyə Nazirliyindən isə bildirilib ki, təyyarə qəzasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub. Bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb.
Eyni zamanda bildirilib ki, mobil briqadalar 22 nəfəri xəstəxanaya çatdırıb. Onlardan beşinin vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilib.
Kopyalandı
#Bakı-Qroznı reysi teqi istifadə olunub
- "Bu bizim bölüşdüyümüz bir faciədir" | Zaxarovadan vacib açıqlama - Baku TV
- “Arzuları 1 anın içində yarımçıq qaldı” | Ailələri Milli Qəhrəmanların məzarları başında - Baku TV
- “Elə bilirdik ki, quş sürüsü girib” | Təyyarə qəzasında möcüzəvi şəkildə sağ qalan şəxs - Baku TV
- Hökumə Əliyevanın evinə ziyarətçi axını | “Hər şey yaxşı olacaq” kəlməsi qulağımızdadır” - Baku TV
- İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım etdi - Baku TV
