Azərbaycan, Gürcüstan və İranda zəlzələ oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın şərqindəki Telavi şəhərindən 30 km aralıda 4,4 bal gücündə zəlzələ baş verib.
Yerli Milli Seysmoloji Monitorinq Mərkəzi məlumatına görə, Tbilisi vaxtı ilə saat 9:26-da baş verən zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Torqva kurortu yaxınlığında qeydə alınıb.
Həmçinin saat 5:57-də İranda, Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, ocağı 9 kilometr dərinlikdə qeydə alınan zəlzələ Təbriz şəhərində də hiss edilib.
Xəsarət alanlar və dağıntılar barədə hələ ki məlumat verilmir.
Qeyd edək ki, yerli vaxtla saat 02:11-də ölkəmizdə də zəlzələ qeydə alınıb. Maqnitudası 3-ə bərabər olub, zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
