Pleyeri seçin:
Azərbaycana narkotik keçirməyə çalışanların planı alt-üst oldu - CANLI
Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinin Azərbaycan sularında irimiqyaslı narkotik qaçaqmalçılığı planının qarşısını alıb. Sahil Mühafizəsinin keçirdiyi uğurlu əməliyyat nəticəsində dəniz yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslərin cinayətkar niyyəti tamamilə alt-üst edilib. Əməliyyat zamanı sərhəd pozucularına qarşı "Dövlət sərhədi haqqında" Qanunun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, nəticədə qaçaqmalçı gəmisi sahilə yan almağa məcbur edilib. Dənizdə aparılan axtarış tədbirləri ilə külli miqdarda narkotik aşkar edilərək götürülüb. Faktla bağlı Baş Prokurorluqla birgə istintaq-əməliyyat tədbirləri davam edir.
Kopyalandı
#Xəzər dənizi teqi istifadə olunub
- Bakı Bulvarında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün təmizlik işləri aparılır
- Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər aparılır - Baku TV
- SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV
- Ekoloq Xəzər dənizində yaşanan qəribə hadisədən danışdı
- Çimərlikdə qeyri-adi hadisə | Xəzərdə nə baş verir? | Ekoloqdan açıqlama - Baku TV
