Pleyeri seçin:

Azərbaycanlı casus hansı ermənilərlə əlbir imiş? - Gizli razılaşmalar ifşa olundu

25 iyul 2024 434 baxış

Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

Məhkəmə prosesində digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru – Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviçlə “Skype” vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri elan edilib.

Müəyyən olunub ki, İ.Əbilov xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb edərək Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil edib. Onun həmçinin Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə köməklik etdiyi də müəyyən olunub.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dövlətə xəyanət, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar və milli nifrət, eləcə də düşmənçiliyin salınmasına yönələn hərəkətlər maddələri ilə ittiham elan olunub.

Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 434 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 434 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 434 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 434 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 434 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 434 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 434 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 434 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 434 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 434 baxış
Seçilmişlər
icon