Azərbaycanlı qadını Finlandiyada kim qətlə yetirdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Finlandiyanın Espoo şəhərində keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən və adı açıqlanmayan 30 yaşlı milliyətcə azərbaycanlı qadın iki uşaq anası olub.
Bu barədə Finlandiyanın “Ilta-Sanomat” qəzeti həmin hadisənin təfərrüatı barədə yazıb.
Məlumatda hadisə iştirakçılarının adları və milliyyətləri açıqlanmasa da, qadının 44 yaşlı keçmiş əri tərəfindən güllələndiyi qeyd olunub.
Bildirilib ki, həmin şəxs keçmiş həyat yoldaşına yaşadığı binanın girişində şüşənin arxasından tapança ilə atəş açıb. Cinayət aləti polis tərəfindən götürülüb.
Ölkənin yerli polisinin məlumatına görə, qadın qətlə yetirilərkən hadisə yerində onun iki övladı da olub.
Qəzet həmçinin yazıb ki, ailə əvvəllər Varkaus bölgəsində yaşayıb. Cütlük 2024-cü ilin yazında boşanmaq üçün məhkəməyə müraciət edib. Onların elə həmin vaxtdan ayrıldığı, qadının yeni münasibətə başladığı və hamilə olduğu bildirilib.
Hadisədən təqribən iki həftə əvvəl qadın keçmiş əri ilə bağlı məhdudlaşdırıcı tədbirlər üçün məhkəməyə müraciət edib. Məsələ ilə bağlı məhkəmə iclası isə hələ baş tutmayıb.
“Qətli törədən şəxsin Finlandiyada ciddi məhkumluğu olmayıb. O, təqribən 10 il əvvəl bir neçə xırda xuliqanlıqda təqsirləndirilsə də, zorakılıq cinayətinə görə məhkumluğu yoxdur”, – deyə qəzet yazıb.
Qeyd edək ki, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay da sözügedən cinayət hadisəsi ilə bağlı feysbuk hesabında paylaşım edib.
Məlumata görə, qətlə yetirilən xanım Rusiya vətəndaşıdır və mərhumun yaxınları Rusiya Federasiyasında yaşayır.
#Finlandiya teqi istifadə olunub
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
- Dünyanı yeni savaş gözləyir? - Finlandiya Kalininqradın dəniz yolunu bağlayacaq? - Baku TV
- Rusiyalı turistlərin Avropaya səfərləri məhdudlaşdırılacaq? - Baku TV
- Finlandiya Prezidentindən iddialı açıqlama
- Finlandiya və İsrail hansı hərbi məhsulları birlikdə hazırlamağı planlaşdırır? - Baku TV CANLI
