Pleyeri seçin:

Bacılarının tələsi keçmiş məhkumu ömürlük məhkuma çevirdi - SONUNCU ŞAHİD

15 sentyabr 2023 641 baxış

Evə və torpaq sahəsinə görə bacılarını öldürən qardaş ömürlük həbsə məhkum olunub.

Belə ki, Mahmud (Adlar şərtidir) həbsdən çıxdıqdan sonra əvvəllər yaşadığı evə gəlir. Burada onu bacıları Natəvan və Zibeydə qarşılayır. Mahmud ab-havadan anlayır ki, bacıları artıq onun yaşadığı evə sahibləniblər.

Ertəsi gün Mahmud bu evdə və torpaqda nəyə sahib olacağını müəyyən etməyə çalışır. O, bu barədə düşünərkən Natəvan açıq şəkildə deyir ki, evin yanındakı artırma tikili Zibeydənin olacaq, evi böyüdüb birlikdə yaşayacaqlar. Mahmud isə bunun qarşılığında heç nə demir.

Sənədləri daha dəqiq oxuyandan sonra Mahmuda aydın olur ki, artıq bacıları ona aid ev və torpaq sahəsinə tam sahibləniblər. Buna etiraz edəndə Natəvan deyir ki, ev ona, torpaq isə Zibeydəyə aiddir. Bu vaxt Mahmud başa düşür ki, artıq hətta gecələməyə belə yeri qalmayıb.

Mahmud evi tərk etdikdən sonra özünə gecələməyə yer axtarır. Küçədə qalmağın mümkün olmayacağını anlayıb, köhnə tanışı olan Sərdarın yanına yollanır, müvəqqəti olaraq onun gözətçi kimi qaldığı yerə sığınır.

Daha sonra Mahmud özünə məxsus evi və torpaq sahəsini geri qaytarmaq qərarına gəlir. O, növbəti gün dostu Davudla kafelərin birində görüşür, yeyib-içir. Davud Mahmuda deyir ki, həbsdə olarkən Natəvan və Zibeydə sənin torpağının bir hissəsini dedikləri kimi yox, baha qiymətə satıblar. Mahmud sərxoş olduqca baş verənləri düşünüb əsəbiləşir. Onlar içkili halda kafedən çıxırlar.

Mahmud Davudla sağollaşdıqdan sonra evə gələrək bacılarına hücum edir, belindən çıxardığı bıçaqla onlara çoxsaylı zərbələr endirir. Bacıları aldıqları zərbələrdən hadisə yerində ölürlər. Gecəni orada qalan Mahmud səhər hüquq-mühafizə orqanlarına könüllü şəkildə təslim olur.

Banner
Su xəttində sızma, yolda sürüşmə | Yuxarı Ağcakənd sakinləri problemlərlə üz-üzə qalıb - Baku TV

Su xəttində sızma, yolda sürüşmə | Yuxarı Ağcakənd sakinləri problemlərlə üz-üzə qalıb - Baku TV

Hadisə
24 noyabr 2026 156 baxış
Şəmkirdə üzərində xəsarətlər olan kişi meyiti tapılıb - Baku TV

Şəmkirdə üzərində xəsarətlər olan kişi meyiti tapılıb - Baku TV

Hadisə
24 noyabr 2026 168 baxış
Şəmkirdə evin bünövrəsinə qədər gedən çökmənin səbəbi nədir? - Baku TV CANLI

Şəmkirdə evin bünövrəsinə qədər gedən çökmənin səbəbi nədir? - Baku TV CANLI

Hadisə
24 noyabr 2026 104 baxış
Sonu qanla bitən məclis | Məhkəmədə hansı detallar açıldı? - Baku TV

Sonu qanla bitən məclis | Məhkəmədə hansı detallar açıldı? - Baku TV

Hadisə
24 noyabr 2026 89 baxış
Ada Süleymanovanın öldüyü yol qəzası ilə bağlı cinayət işi necə davam edəcək? - 24 SAAT

Ada Süleymanovanın öldüyü yol qəzası ilə bağlı cinayət işi necə davam edəcək? - 24 SAAT

Hadisə
23 noyabr 2026 85 baxış
Yanğınsöndürənlər alovun bitişik tikililərə keçməsinin qarşısını alıb - Baku TV

Yanğınsöndürənlər alovun bitişik tikililərə keçməsinin qarşısını alıb - Baku TV

Hadisə
23 noyabr 2026 76 baxış
Qazaxda bədbəxt hadisə: "Məlumat vermişik, tez gəlsinlər" | Altı uşaq atası Kürdə batıb? - Baku TV

Qazaxda bədbəxt hadisə: "Məlumat vermişik, tez gəlsinlər" | Altı uşaq atası Kürdə batıb? - Baku TV

Hadisə
23 noyabr 2026 222 baxış
Xırdalanda 3 saylı tam orta məktəbin həyətini kanalizasiya suları basdı - Baku TV

Xırdalanda 3 saylı tam orta məktəbin həyətini kanalizasiya suları basdı - Baku TV

Hadisə
23 noyabr 2026 156 baxış
“2 körpə qızı var, dünəndən axtarırıq” | 28 yaşlı Xəyalın başına nə iş gəlib? - Baku TV

“2 körpə qızı var, dünəndən axtarırıq” | 28 yaşlı Xəyalın başına nə iş gəlib? - Baku TV

Hadisə
23 noyabr 2026 133 baxış
Öldürdüyü arvadının valideynləri keçmiş hakim Fəqan Əhmədovun azad edilməsini istəyir - Baku TV

Öldürdüyü arvadının valideynləri keçmiş hakim Fəqan Əhmədovun azad edilməsini istəyir - Baku TV

Hadisə
23 noyabr 2026 131 baxış
Seçilmişlər
icon