Bakı-Qazax yolunda ağır qəza: İki nəfər həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə dəhşətli ağır yol qəzası baş verib. Nəticədə iki nəfər dünyasını dəyişib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, içərisi meyvə ilə dolu olan “Ford Tranzit” markalı yük maşınının sürücüsü 21 yaşlı Anar Qarayev Bakı istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən sürücü Ağdam sakini Sadiq Əmirov idarə etdiyi və mişar daşı ilə dolu olan “KAMAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə “Ford” markalı yük maşınının sürücüsü Anar Qarayev və onun sərnişini Eldar Hacıyev hadisə yerində dünyasını dəyişib.
Yük maşınında sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinin meyitləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Qəza-Xilasetmə dəstəsinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisə zamanı yola dağılan meyvələr səbəbindən Bakı-Qazax yolunda avtomobillərin gediş-gəlişində çətinlik yaranıb. Faktla bağlı araşdırma aparılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
