Bakı-Sumqayıt yolundakı qəzada yaralananların son durumu | TƏBİB məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbi ilə çağırış daxil olub. Bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
#Bakı-Sumqayıt yolu teqi istifadə olunub
- Bakı–Sumqayıt yolunda avtomobil sıxlığı havanı təhlükəli həddə çirkləndirir? - 24 SAAT
- Bakıda havanın ən çox çirkləndiyi yer haradır? - Baku TV
- Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? - Baku TV
- Tanınmış vəkil həyatını itirən qızı haqqında nələri danışdı - ANA XƏBƏR
- 17 yaşlı qızı faciəvi şəkildə ölən tanınmış vəkil danışdı | "Bəlkə də, qızım ölməzdi..." - Baku TV
