Bakıda dəhşətli yanğın baş verdi | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evlərində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının biri-birinə bitişik evlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 50 kv.m olmaqla ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 kv.m olmaqla ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Bitişik digər evlər yanğından mühafizə olunub. Hadisə zamanı bir nəfər xəsarət alıb.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
