Bakıda gecə saatlarında baş verən insidentin detalları | DİN açıqlama yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 24-də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə atəş açılıb.
Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib. Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan heroin aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
