Pleyeri seçin:

Bakıda həbsxana yaxınlığında dəhşətli cinayət | Qatillərin cəzası sərtləşdirildi

27 mart 2025 841 baxış

2016-cı il dekabrın 23-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bülbülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında qətlə yetirilən şəxsin meyiti tapılıb.

Araşdırmalar nəticəsində öldürülən şəxsin Tovuz rayonunda anadan olan və Ramana qəsəbəsində kirayə yaşayan 1988-ci il təvəllüdlü Elşən Əmirov olduğu müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elşən Əmirovun ölümünə sol ağciyərin və ürəyin zədələnməsindən törənən kəskin qanitirmə səbəb olub.

Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən Elnur Məmmədov və Elçin Həsənov həbs edilib.

Məhkəmə iclasında Elnur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Elçin Həsənov özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkən şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 17 il, Elçin Həsənov 4 il müddətinə azadlıqdan məhrum olunub. Prokurorluq Elçin Həsənova yüngül cəza verildiyini bildirib və apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Prokurorluğun protesti və zərərçəkən şəxsin hüquqi varisinin şikayəti təmin edilib. Elnur Məmmədovun cəzası 17 ildən 18 ilə, Elçin Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.

NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

Hadisə
25 sentyabr 2026 841 baxış
Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Hadisə
25 sentyabr 2026 841 baxış
Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 841 baxış
Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Hadisə
25 sentyabr 2026 841 baxış
Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 841 baxış
Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
25 sentyabr 2026 841 baxış
"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

Hadisə
25 sentyabr 2026 841 baxış
“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

Hadisə
25 sentyabr 2026 841 baxış
53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 841 baxış
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" | Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - Baku TV

"Təzə evlənmişdi, ailəmiz məhv oldu" | Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - Baku TV

Hadisə
25 sentyabr 2026 841 baxış
Seçilmişlər
icon