Bakıda hərbi sursat aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə bu barədə xəbər daxil olduqdan dərhal sonra Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
“Hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş başlıqlı 125 mm-lik 1 ədəd BK71 tank mərmisi olduğu müəyyən edilib. Sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ərazilərdə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib”, - FHN-in məlumatında belə deyilir.
#Hərbi sursat teqi istifadə olunub
