Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunda onikimərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində baş verən yanğınla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin eyvanında baş verən yanğının genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan mənzilin eyvanında 5 kvadratmetr sahədə məişət tullantıları və taxta qırıntıları yanıb.
Hadisənin baş verdiyi mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.
#Suraxanı teqi istifadə olunub
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV
- Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV
- 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
