Bakıda külək fəsadlar törətdi
Bakıda ağac avtobusun üzərinə aşıb.
“Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva hadisənin bu gün saat 12 radələrində baş verdiyini bildirib.
“3 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-368 dövlət qeydiyyat nişanlı avtobus Abay Kunanbayev küçəsi 145 ünvanında dayanacaqda dayandığı zaman qeyri-sabit və küləkli hava şəraiti səbəbindən yaxınlıqda yerləşən ağacın budağı qırılaraq avtobusun üzərinə düşüb.
Nəqliyyat vasitəsini idarə edən sürücü Məzahir Rüstəmovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbirlər görülüb. Sərnişinlər eyni marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndiriliblər, marşrutun hərəkət qrafiki isə qısa müddət ərzində tam şəkildə bərpa olunub.
Hadisə ilə bağlı dərhal aidiyyətı qurumlara məlumat verilib”, – deyə o qeyd edib.
#Ağac aşması teqi istifadə olunub
- Goranboyda nəhəng qovaq ağacı yol kənarına aşdı
- Ağac yaşayış binasının üstünə aşdı | Qurum bu vəziyyətlə bağlı nəyi açıqladı? - Baku TV
- “Hamısı tökülür camaatın başına” | Binəqədi sakinləri təhlükə ilə üz-üzə - Baku TV
- “Sanki zəlzələ oldu, töküldü aşağı” | Qorxulu anlar yaşayan sakinlər qəzəb içində - Baku TV
- Saray qəsəbəsində aşan ağac sakinlər üçün təhlükəli vəziyyət yaradıb - Baku TV
