Pleyeri seçin:
Bakıda lift qırıldı, yaralılar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni tikililərdən birinin liftində nasazlıq meydana gəlib.
Belə ki, lift 7-ci mərtəbədə olarkən anidən zirzəmi qatına eniş edib. Bu zaman liftdə olan 6 qadın və 2 uşaq müxtəlif növ bədən xəsarətləri alıblar.
Sakinlərin sözlərinə görə, problemin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələ həllini tapmayıb.
“Binadakı liftlər 14 ildir ki, qəzalı vəziyyətdədir. Təmir etmirlər. Hər dəfə qorxa-qorxa liftə minirik”, – deyə bina sakini qeyd edib.
Kopyalandı
#Bakıxanov qəsəbəsi teqi istifadə olunub
- Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI
- Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar
- “Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV
- Bir ev necə 3 ünvanda ola bilər? | Çıxılmaz vəziyyətdə qalan sakin kömək istədi - Baku TV
- "Antisanitar vəziyyət hökm sürür" | Sabunçudakı yataqxanada ürəkbulandıran mənzərə - Baku TV
