Bakıda "saxla" deyilən "Tofaş" sürücüsü görün nə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Tofaş” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Mahir Qasımov saxlanılıb.
Sənədləri yoxlanılan zaman onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Mahir Qasımovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Məhkəmənin qərarı ilə Mahir Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
#Avtoxuliqanlıq teqi istifadə olunub
- Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV
- Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Baku TV
- Sükan arxasında etdiyi hərəkət sərxoş sürücüyə baha başa gəldi
- “Avtoş”luq edib yola pul səpdilər | Qubada toy karvanının təhlükəli “şou”su
- Bakıda “like” uğrunda avtoxuliqanlıq edən şəxs tutuldu
