Pleyeri seçin:
Bakının bu kəndlərində silah-sursat aşkarlandı | FHN hadisə yerində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 millimetrlik top mərmisi, 4 ədəd “RQD-5” əl qumbarası və 4 ədəd partladıcı götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Kopyalandı
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
