Bakının Nəsimi rayonunda qorxulu anlar | Avtomobil alışıb-yandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş "Niva" markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
