BAKU TV Şüvəlanda polislərin öldürüldüyü ərazidə
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub.
Məlumata görə, cinayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa, cavab tədbirlərinin qarşısını almağa cəhd edib və yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açıb. Nəticədə 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub. Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Vəfat edən serjantlar Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları olub.
#Şüvəlan qəsəbəsi teqi istifadə olunub
- Şüvəlanda ailə faciəsi | Dənizdə batan 19 yaşlı Zeynəblə bağlı məlumat - Baku TV
- "Gör nə həddə çatıb ki..." - Şüvəlanda dostunu öldürən şəxsin qonşusu gördüklərini danışdı- Baku TV
- Şüvəlan qəsəbəsindəki yeni ictimai çimərliklərə mediatur təşkil edilib
- "Yayda susuzluqdan qırılırıq..." | Bakı kəndlərinin sakinləri niyə suya həsrət qalıb?
- Şüvəlanda dərdi də, təmiri də bitməyən park | Uşaqların həyatı təhlükədə qalıb
