Bərdədə yaşayış binasında uçqun: sakinlər xilas edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə şəhəri, Səttarxan küçəsində birmərtəbəli yaşayış evində uçqun baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə uçqun nəticəsində vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.
Məlum olub ki, birmərtəbəli dördotaqlı fərdi yaşayış evinin bir otağının tavanının uçması nəticəsində 1929-cu il təvəllüdlü Mirzəyev İbrahim İsmayıl oğlu və 1940-cı il təvəllüdlü Mirzəyeva Arəstə Cəlal qızı uçqun altında qalıblar.
Xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar İ.Mirzəyev və A.Mirzəyeva xilas ediliblər.
#Bərdə teqi istifadə olunub
- Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI
- Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
