Bıçaqlanan həkimlə bağlı DİN-dən açıqlama | Əmircanda dəhşətli hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 7 ünvanında 51 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Xəsarət alan Arzu Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, o, qarının ön divarının, döş qəfəsinin sol yarısının ön divarının, sol çiyin nayihəsinin və sağ budun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib:
“Qaraciyər, mədə yaralarının və kəsilmiş-deşilmiş yaraların birincili cərrahi işlənməsi və tikilməsi əməliyyatı icra edilib. Xəstənin müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#Əmircan qəsəbəsi teqi istifadə olunub
- "Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV
- “Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV
- Əmircan sakinləri üçün gediş-gəliş niyə zülmə çevrilib? - Baku TV CANLI
- Əmircan sakinlərinin yol problemi niyə həllini tapmır? - Baku TV
- "Yaşlı adamın eşqi çox ağır olur" | "Arvadı qonşuya buraxma" | Əmircanlı ağsaqqal - O VAXTLAR
