Pleyeri seçin:

Biləcəridə iki nəfərin qətlə yetirildiyi dəhşətli hadisənin təfərrüatı

13 may 2024 506 baxış

İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Arif Bəhərçiyev bıçaqla iki şəxsi qəsdən həyatdan məhrum edib.

Belə ki, 2023-cü il dekabrın 31-də saat 23:00 radələrində Bakının Biləcəri qəsəbəsi ərazisində, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri kafedə yeni il bayramını qeyd edərkən orada olan şəxslərlə spirtli içki qəbul edib. Arif anası Gülnurə ilə ailəvi dostlarından Namiq Orucov arasında sevgi münasibətlərinin olmasından şübhələnib.

Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması üçün Gülnurə Bəhərçiyevanı kafenin mətbəxinə çağırıb. Ancaq anası bu çağırışa məhəl qoymayaraq kabab bişirmək bəhanəsi ilə Namiq Orucovun yanında dayanıb.

Bunu görən Arif anasının saçından dartıb itələdikdə Namiq Orucov ondan davranışlarına son qoymağı tələb edib. Arif Bəhərçiyev isə Namiq Orucovun bu hərəkətindən daha da hiddətlənib. O, bıçaqla Namiqin qarın nahiyəsinə zərbə vuraraq onu öldürüb.

Arif daha sonra onları ayırmağa çalışan Ramil Səfərovun da döş qəfəsinə bıçaqla zərbə endirib. Ramil Səfərov da hadisə yerində keçinib.

Məhkəmədə ifadə verən Arif Bəhərçiyev qətlə yetirilən Namiq Orucovun onu həmişə əsəbiləşdirdiyini, hər yerdə kafeni özünün obyekti kimi təqdim edərək dəfələrlə borca pul götürdüyünü deyib. Borc sahibləri isə pulu almaq üçün kafeyə gəlirmiş.

Hadisə baş verən gün anası ilə olan mübahisəyə Namiqin müdaxilə etməsi isə onu daha da özündən çıxarıb. O, ifadəsində həmçinin deyib ki, Namiqə zərbə endirdikdən sonra Ramil Səfərovun arxadan onu tutması növbəti bıçaq zərbəsini ona endirməsi ilə nəticələnib.

Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Banner
“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

Hadisə
28 oktyabr 2026 506 baxış
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 506 baxış
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Hadisə
28 oktyabr 2026 506 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 506 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 506 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 506 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 506 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 506 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 506 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 506 baxış
Seçilmişlər
icon