Pleyeri seçin:

Biləsuvarda 44 yaşlı kişinin ölümündə şübhəli bilinən 16 yaşlı yeniyetmə tutuldu - Baku TV

14 avqust 2026 470 baxış

Biləsuvar rayonunun Dərvişli kəndində qətl hadisəsi baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, eyni kənddən olan 16 yaşlı yeniyetmə və 44 yaşlı Şölət Rüstəmli arasında bir gün əvvəl mübahisə yaranıb. Söhbətlərinə aydınlıq gətirmək üçün onlar avqustun 13-də axşam saatlarında kənddə dükanın qarşısında görüşüblər. Bu zaman yeniyetmə bıçağa əl ataraq həmkəndlisini bıçaqlayıb.

Bıçaq xəsarəti alan Şölət Rüstəmlini kənd sakinləri onun özünə məxsus nəqliyyat vasitəsinə qoyaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Buna baxmayaraq, o, yolda həyatını itirib.

Kənd sakinlərinin sözlərinə görə, tərəflər yaxın qohum olublar və əvvəllər aralarında hər hansı ciddi problem yaşanmayıb.

“İkisi də yaxın qohum idi. Həmişə də mehriban olublar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hər iki ailə nümunəvi ailə idi, əvvəllər heç bir narazılıqları olmayıb. Mərhum Rusiyada işləyirdi, üç-dörd gün əvvəl kəndə qayıtmışdı. Ailəli idi, iki övladı var idi”, – deyə kənd sakini bildirib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Qorxulu vəziyyət: Quba-Xınalıq yolu bağlandı | Sürücülər yolda qaldı - Baku TV CANLI

Qorxulu vəziyyət: Quba-Xınalıq yolu bağlandı | Sürücülər yolda qaldı - Baku TV CANLI

Hadisə
30 sentyabr 2026 470 baxış
"Qəbz gəldi, pul gəlmədi" | Dələduzların şeytanı mat qoyacaq əməli | "Süni intellektlə..." - Baku TV

"Qəbz gəldi, pul gəlmədi" | Dələduzların şeytanı mat qoyacaq əməli | "Süni intellektlə..." - Baku TV

Hadisə
30 sentyabr 2026 470 baxış
Qorxulu hadisə yaşandı, yol bağlandı | Quba-Xınalıq yolunda ciddi təhlükə - Baku TV

Qorxulu hadisə yaşandı, yol bağlandı | Quba-Xınalıq yolunda ciddi təhlükə - Baku TV

Hadisə
30 sentyabr 2026 470 baxış
Hər yer su içində, sakinlər çətin vəziyyətdə | Yasamalda nə baş verib? - Baku TV

Hər yer su içində, sakinlər çətin vəziyyətdə | Yasamalda nə baş verib? - Baku TV

Hadisə
30 sentyabr 2026 470 baxış
Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
30 sentyabr 2026 470 baxış
Biləsuvarda kütləvi zəhərlənmə | Əsgər yolasalma mərasimi xəstəxanada bitdi - Baku TV

Biləsuvarda kütləvi zəhərlənmə | Əsgər yolasalma mərasimi xəstəxanada bitdi - Baku TV

Hadisə
30 sentyabr 2026 470 baxış
Kürdəmirdə 51 yaşlı kənd sakini ildırım vurması nəticəsində həyatını itirdi - 24 SAAT

Kürdəmirdə 51 yaşlı kənd sakini ildırım vurması nəticəsində həyatını itirdi - 24 SAAT

Hadisə
29 sentyabr 2026 470 baxış
Kürdəmirdə dəhşətli hadisə | Heyvan otarmaq istəyən çobanı ildırım vurdu - Baku TV

Kürdəmirdə dəhşətli hadisə | Heyvan otarmaq istəyən çobanı ildırım vurdu - Baku TV

Hadisə
29 sentyabr 2026 470 baxış
Məhkəmədə gərgin anlar | Məşhur tiktoker azadlığa buraxılacaq? - Baku TV

Məhkəmədə gərgin anlar | Məşhur tiktoker azadlığa buraxılacaq? - Baku TV

Hadisə
29 sentyabr 2026 470 baxış
Məşhur tiktoker barəsində yekun hökm necə olacaq? - ANA XƏBƏR

Məşhur tiktoker barəsində yekun hökm necə olacaq? - ANA XƏBƏR

Hadisə
29 sentyabr 2026 470 baxış
Seçilmişlər
icon