Biləsuvarda bank əməkdaşı qətlə yetirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda qətl törədilib. Hadisə aprelin 22-də gecə saat 23:50-də rayonun Aşağı Cürəli kəndindəki dayanacaqda qeydə alınıb.
Hadisə zamanı 30 yaşlı Rüfət Əlizadə 37 yaşlı Vüsal İlhamlını bıçaqla qətlə yetirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı qətlin bəzi təfərrüatları da məlum olub.
Qətli törətməkdə şübhəli bilinən Rüfət Əlizadənin əmisinin sözlərinə görə, hadisə onun ailə qurmaq istəyindən qaynaqlanıb. Belə ki, Rüfətin ailəsi Cəlilabad rayonunda Vüsal İlhamlının dayısı qızı üçün elçi gedib və “yox” cavabı alıb. Xəbərə üzülən Rüfət qızı qaçıracağını qarşısına məqsəd qoyub. Bundan xəbər tutan qız evinin kişilərdən ibarət nümayəndələri Rüfəti bu niyyətindən daşındırmaq üçün onun arxasınca Aşağı Cürəli kəndinə gəliblər.
Mərhum Vüsal İlhamlının yaxınları isə bildirir ki, Rüfət Əlizadə ilə onun dayısı qızı arasındakı ciddi yaş fərqi, həmçinin yaxın qohumlarının vəfatı ilə əlaqədar hər hansı şad günə hazırlaşmadıqlarından elçilik uğurlu alınmayıb.
Hazırda rayon prokurorluğunda istintaq araşdırmaları davam etdirilir.
#Bilasuvar teqi istifadə olunub
