Biləsuvarda dəhşətli qəza faciə ilə nəticələndi | Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda ağır qəza baş verib. Sürücünün atası və azyaşı övladı həlak olub.
Hadisə rayonun Ağalıkənd kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, Ağalıkənd sakini Musa Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobil ötmə qaydasını pozaraq qarşı yola çıxıb. Bu zaman əks istiqamətdən gələn Biləsuvarın Ovçubərə kənd sakini, 40 yaşlı Pərvin İsmayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşma baş verib.
Qəza zamanı “VAZ 2107”də olan sərnişinlər – sürücünün atası hadisə yerində, azyaşlı övladı isə xəstəxanada həyatını itirib. Sürücü Pərvin İsmayılov və onun yeznəsi isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
