Biləsuvarda dəhşətli qəza | Yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda ağır yol qəzası baş verib.
Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nəsimikənddən keçən hissəsində qeydə alınıb.
Bəhrəmtəpə istiqamətində hərəkət edən yük maşını digər istiqamətdən gələn minik avtomobili ilə toqquşub. Hər iki avtomobilin sol tərəfləri bir-birinə çırpılıb.
Nəticədə Şəki rayon sakininin idarə etdiyi yük maşını yoldan çıxaraq dərəyə aşıb. Minik avtomobili isə tamamilə deformasiyaya uğrayıb.
Qəza nəticəsində minik avtomobilində olan Biləsuvar rayonu, İsmətli kənd sakinləri – Afər və Nadir Qarayev qardaşları xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, qəza digər insidentlə də müşahidə edilib. Belə ki, yoldan keçən digər avtomobilin sürücüsü dərəyə düşən yük maşınının sürücüsünə kömək üçün hadisə yerinə enib.
Həmin vaxt isə oraya gələn yaralı qardaşların 3-cü qardaşı məhz həmin sürücünü qəza törədən yük maşınının sahibi ilə dəyişik salaraq ona bıçaqla hücum edib. Nəticədə köməyə gələn sürücü qol nahiyəsindən bıçaq yarası alıb. Bu yaralı da xəstəxanaya aparılıb.
Hadisə şahidlərinin dediyinə görə, yolun bu hissəsində tez-tez qəza baş verir ki, bu da həmin yolda sürət həddinin yüksək olması ilə əlaqəlidir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
