Biləsuvarda qandonduran hadisə | Yaralanan var
Biləsuvarın Aşağı Cürəli kənd sakini 43 yaşlı Mayis Nəsirov hər iki ayağından güllə yarası alıb.
Usta kimi çalışan Mayis bir müddət öncə 46 yaşlı həmkəndlisi Zabir Soltanovun evində təmir işləri aparıbmış. Məlumata görə, ev sahibinin ona 1000 manat borcu qalıb.
Həmin məsələyə görə tərəflərin üzbəüz görüşü isə qanlı hadisəyə səbəb olub. Hadisə kənd məscidinin önündə baş verib.
Yaralı Mayis Nəsirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda faciə | 45 yaşlı kişi kollektorda boğuldu - Baku TV
- Biləsuvarda 64 yaşlı qadına qarşı törədilən cinayətin dəhşətli təfərrüatları - Baku TV
- Gecə toplaşan gənclər dəhşət saçdı | "Dedim ki, etmə, əlini atdı bıçağa" - Baku TV
- Biləsuvarda bədbəxt hadisə | 41 yaşlı qadın həyatını itirdi - Baku TV
- Üç ayda 9 medal qazanan şagirdin uğur hekayəsi - Baku TV
