Pleyeri seçin:

Bilmirəm ki, pulu heyvan üçün yığıblar, yoxsa… | Pişiyi himayəsinə götürən qadın danışdı

11 dekabr 2024 493 baxış

Sosial şəbəkələrdə Zabrat qəsəbəsində azyaşlılar tərəfindən pişiyə qarşı qeyri-etik hərəkət edilməsi ilə bağlı xəbər yayılıb.

Heyvanı baytarlıq klinikalarından birinə aparan vətəndaş və klinika işçilərindən biri bu barədə “TikTok” platformasında paylaşımlar edib.

Pişiyi azyaşlıların əlindən aldığını deyən vətəndaş onun müalicəsi üçün müəyyən vəsaitin lazım olduğunu iddia edib və kart hesabını paylaşaraq yardım istəyib.

Daha sonra heyvansevərlərdən biri onu baytarlıq klinikasından himayəsinə götürüb.

Pişiyi himayəsinə götürən Fəridə Əsədovanın sözlərinə görə, cinsi istismar faktı tamamilə yanlışdır:

“Dünən axşam pişiyi müayinə olunması üçün apardıq. Çox təəssüf ki, yaşamadı, səhərə yaxın artıq vəziyyəti ağır idi. Güclü ishalı olub. Qurdu var idi, qan qusurdu. Həkim müayinə etdi, dedi ki, cinsi istismarla bağlı heç bir fakt yoxdur”.

Pişiyi müalicə edən klinikanın rəhbəri bildirib ki, müayinələr zamanı cinsi istismar faktı qeydə alınmayıb. Klinika işçisi pişiyi gətirən qadının sözlərinə inanaraq paylaşımlar edib.

“Rentgen etdik. Heyvanı gətirən xanım dedi ki, pişiyi 5 gündür müalicə edir. Vurduğu iynələr sinir sistemini pozub. Bizim işçinin səhvi olub ki, dəqiq diaqnoz qoymadan heyvanın cinsi istismara məruz qaldığını deyib. Qadının imkanı olmayıb. Burada uşaqlar ona kart hesabı açıblar. Pulun pişik üçün yığılıb-yığılmadığını dəqiq deyə bilmərəm”, – klinikanın baytarı Tural Quluzadə söyləyib.

Məsələ ilə bağlı vəkil Vüsal Cəfərov bildirib ki, yalan məlumatlar yaymaqla etibardan sui-istifadə etmək və ya aldatma yolu ilə özgə malını ələ keçirmək dələduzluq hesab olunur:

“Bu zaman vurulmuş zərərin miqdarından asılı olaraq əməl həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinə görə məsuliyyət yarada bilər. Əgər vurulmuş zərərin miqdarı 500 manatdan az olarsa, inzibati məsuliyyətə, 500 manatdan çox olarsa, Cinayət Məcəlləsində dələduzluq hesab olunur və 1 000 manatdan 2 000 manata qədər cərimə nəzərdə tutulur”.

Banner
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 493 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 493 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 493 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 493 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 493 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 493 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 493 baxış
“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

Hadisə
27 oktyabr 2026 493 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Hadisə
27 oktyabr 2026 493 baxış
Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Hadisə
26 oktyabr 2026 493 baxış
Seçilmişlər
icon