Pleyeri seçin:

Binəqədidə evə silahla hücum edən şəxs belə saxlanıldı | Qurumlar məlumat yaydı

12 sentyabr 2024 449 baxış

Bakıda mənzilə silahlı basqın edərək polisə müqavimətdə təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102” Xidməti-Zəng Mərkəzinə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 449 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 449 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 449 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 449 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 449 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 449 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 449 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 449 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 449 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 449 baxış
Seçilmişlər
icon