Böyük ağaclar obyektin üstünə aşdı, sakinlər işıqsız qaldı | Mingəçevir
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə güclü külək fəsadlar törədib.
Dünən axşam saatlarında sürəti artan külək şəhərin Sahil, Füzuli, Qurucular parklarında və bir neçə küçədə irigövdəli ağacları aşırıb. 2 böyük şam ağacı Sahil parkı ərazisində iaşə obyektinin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, parkda olanlar üçün təhlükəli vəziyyət yaranıb.
Güclü külək iri ağac budaqlarını elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə şəhərin bir neçə küçə və yaşayış massivində elektrik verilişində fasilələr yaranıb.
Küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb. Aşan ağaclar ərazidən götürülüb. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində yaranan fasilələr gecə bərpa edilib.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
