Pleyeri seçin:
Bütün əşyalarım su içindədir | Göygöldə selin yaratdığı fəsadlar
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb bölgəsində qeyri-sabit hava şəraiti yenidən bir sıra fəsadlar törədib.
Güclü yağıntılar səbəbindən Göygöl rayonunun Qızılca və Üçtəpə kəndlərində fərdi təsərrüfatlara ziyan dəyib.
Sel nəticəsində 6-7 evi su basıb. 2 yaşayış evinin hasarı uçub, 5 evin həyəti və yaşayış sahəsi suyun altında qalıb. Bir ev əşyaları ilə birgə yararsız hala düşüb.
Rayon ərazisinə yağan dolu və güclü yağış nəticəsində Qızılca kəndindən sel keçib. Yağış sularının təsiri ilə qayalardan tökülən daşlar səbəbindən Gəncə-Daşkəsən yolu bir neçə saatlığa bağlanıb. Sel suları Qızılca və Üçtəpə kəndinin yollarına və əkin sahələrinə də zərər vurub.
Qərb bölgəsində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Kopyalandı
#Güclü yağış teqi istifadə olunub
- Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI
- Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib - Baku TV CANLI
- Hindistanda şiddətli yağıntıların səbəb olduğu təbii fəlakət ağır itkilərlə nəticələndi - Baku TV
- ABŞ-də daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib
- İsmayıllıda sakinlərə ciddi ziyan dəydi | "Burada yaşamaq çox çətindir" - Baku TV
