Cəlilabadda bıçaqlanma hadisəsi | Saxlanılanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadın Alar kəndində 3 yeniyetmə kənd sakininin iştirakı ilə bıçaqlanma hadisəsi baş verib.
Belə ki, yaxınlarına məxsus dönərxana və kafe tipli obyektdə olan 15 yaşlı Fuad Məmmədovla digər kənd sakini olan 17 yaşlı Həsən Salamzadə və 18 yaşlı İsaxan Nağıyev arasında naməlum səbəbdən mübahisə düşüb. Dönərxana qarşısında başlayan söz-söhbət yaxınlıqdakı digər obyektdə davam edib. Yeniyetmələr məhz burada mübahisələrini bıçaqla həll etməyə çalışıblar.
Hadisə zamanı ağır xəsarət alan Həsən Salamzadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına, İsaxan Nağıyev isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 2 yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Fuad Məmmədovun saxlanıldığı bildirilib. Faktla bağlı araşdırmalar aparılır.
#Bıçaqlanma hadisəsi teqi istifadə olunub
- Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
