Cəlilabadda dəhşətli qəza | Yaralanan şəxsin son durumu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.
Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, ona döş qəfəsinin və baldırın küt travması, üzün çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin edilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
