Pleyeri seçin:

“Cinayəti bilib, gizlədib” | Məktəbdə ört-basdır edilən hadisə ifşa edildi - Baku TV

09 iyun 2026 333 baxış

Sosial şəbəkələrdə Saray qəsəbəsində yerləşən bir nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərməsini əks etdirən videogörüntülər yayılıb. Zərərçəkən şagirdin valideyni hadisənin idman dərsi zamanı fiziki tərbiyə müəllimi tərəfindən törədildiyini iddia edir.

Zərərçəkən şagird Cahid Məcidov hadisə barədə danışarkən bildirib ki, futbol oynayarkən qarşı komandaya qalib gəliblər. Bu zaman rəqib komandadan bir uşaq ağlamağa başlayıb. C.Məcidovun sözlərinə görə, yanındakı dostu həmin uşağa “ağla” dediyi üçün aralarında mübahisə düşüb və qarşı tərəf söyüş söyüb. Daha sonra yaxınlaşan müəllim söyüşü kimin söydüyünü soruşduqda günahı onun üstünə atıblar. Şagird qeyd edib ki, su içməyə gedəndə müəllim onun başına vurub və suyu bağlayıb:

“Sonra qapının ağzında dayananda mənə şillə vurdu. Qaçmaq istəyəndə isə yenə 2 şillə vurdu. Gedib dostlarımın arxasında gizləndim. Gəlib onları da itələdi. Mənə “paltarlarını dəyişib get. Evdə kiməsə nəsə desən, qiymətlərini aşağı salacağam” dedi”.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki, ilkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın pozulduğu müəyyən edilib:

“Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür”.

Məlumata görə, polis bölməsində insidentdə adı hallanan müəllimin, həmçinin valideynlərin iştirakı ilə şagirdin izahatı alınıb. Şagirdin aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 333 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 333 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 333 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 333 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 333 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 333 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 333 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 333 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 333 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 333 baxış
Seçilmişlər
icon