Pleyeri seçin:
Daha bir ailə faciəsi | Sumqayıtda hadisə
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda yeznə qaynını qətlə yetirib. Dəhşətli hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
48 yaşlı Ceyhun Rzayev qaynı Nicat Salahova bir neçə bıçaq zərbəsi endirib. O, hadisəni törətdikdən sonra həyatına son vermək məqsədilə sirkə turşusu içib.
Qeyd edək ki, Ceyhun Rzayev martın 1-də həyat yoldaşı ilə boşandıqdan sonra bu hadisəni törədib.
Bıçaqlanan Nicat Salahov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmçinin cinayəti törətməkdə şübhəli bilinən Ceyhun Rzayev də müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
