Pleyeri seçin:

Daşkəsəndə faciəvi mikroavtobus qəzası | Xeyli sayda insan...

30 iyul 2024 400 baxış

Daşkəsəndə yol qəzası baş verib.

Hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətindən gələn mikroavtobusla Daşkəsən istiqamətindən gələn minik maşını toqquşub. Nəticədə içərisi sərnişin dolu mikroavtobus idarəetmədən çıxaraq aşıb.

“İşə gedirdik, qarşı tərəfdən gələn maşın idarəetməni itirdi, gəldi bizim maşının altına girdi. Sağa çəkməyə çalışdım, alınmadı, bizi vurub dərəyə saldı”, – mikroavtobusun sürücüsü deyib.

Qəza nəticəsində xəsarətalan 15 nəfər Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. On iki nəfər ambulator müalicəyə, üç nəfərdən biri isə alt çənə sümüyünün sınığı diaqnozu ilə Bakıya göndərilib. İki nəfər beşinci daraq sümüyünün, uşaq isə bud sümüyünün sınığı diaqnozu ilə hazırda Gəncə Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alır.

Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər qızıl mədəninin işçiləri olublar. Minik avtomobilinin isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.

Banner
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 400 baxış
Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Hadisə
22 oktyabr 2026 400 baxış
"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

Hadisə
22 oktyabr 2026 400 baxış
Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 400 baxış
Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 400 baxış
Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Hadisə
21 oktyabr 2026 400 baxış
Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 400 baxış
Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Hadisə
21 oktyabr 2026 400 baxış
Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 400 baxış
İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

Hadisə
21 oktyabr 2026 400 baxış
Seçilmişlər
icon