Pleyeri seçin:

"Sən evi necə tikə bilərsən, uşaqsan..." - Qardaşoğlu 3 ailəni 30 illik evdən necə çıxardı?

19 oktyabr 2026 28 baxış

Bakının Binəqədi rayonu, “Xutor” yaşayış massivində üç ailə mülkiyyət mübahisəsi ilə üzləşib.

Ümumilikdə 12 nəfərdən ibarət ailələr iddia edir ki, 37 ildir yaşadıqları evdən çıxarılıblar. Onların sözlərinə görə, evin sənədləri yaxın qohumlarının adına rəsmiləşdirilib.

Şikayətçi Nazim Qarayev bildirir ki, evi öz vəsaiti hesabına tikib və uzun illər ailəsi ilə birlikdə orada yaşayıb.

Onun sözlərinə görə, 2003-cü ildə atasının xahişi ilə evin sənədlərinin qardaşı oğlunun adına rəsmiləşdirilməsinə razılıq verib. Lakin bir neçə il əvvəl qardaşı oğlu evin özünə məxsus olduğunu bildirərək onları oradan çıxaracağını deyib.

Vətəndaş iddia edir ki, evin tikintisində onun əməyi olub, kommunal xərcləri də özü ödəyib.

Qonşuların da bu faktları təsdiqləyə biləcəyini bildirən şikayətçi hazırda ailə üzvlərinin müxtəlif yerlərdə qalmağa məcbur olduğunu deyir.

Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı araşdırma aparmaq üçün mübahisəli ünvana yollanıb. Çəkiliş zamanı evdə təmir işlərinin aparıldığı, ev sahibinin isə ərazidə olmadığı bildirilib.

Müxbir iddia olunan ev sahibi ilə danışmağa çalışarkən tərəflər arasında gərginlik yaşanıb. Jurnalist çəkiliş zamanı onlara qarşı zor tətbiq edildiyini və qapının bağlanması səbəbindən evdən çıxa bilmədiklərini bildirib.

Kopyalandı
12 nəfər niyə evsiz qaldı? | Üç ailə illərlə yaşadıqları evdən çıxarıldı? - Baku TV CANLI

12 nəfər niyə evsiz qaldı? | Üç ailə illərlə yaşadıqları evdən çıxarıldı? - Baku TV CANLI

Hadisə
19 oktyabr 2026 28 baxış
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - Baku TV

DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - Baku TV

Hadisə
19 oktyabr 2026 28 baxış
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV

Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV

Hadisə
18 oktyabr 2026 28 baxış
Qaradağda anbarı alov bürüdü | FHN qüvvələri hadisəyə müdaxilə etdi - Baku TV CANLI

Qaradağda anbarı alov bürüdü | FHN qüvvələri hadisəyə müdaxilə etdi - Baku TV CANLI

Hadisə
18 oktyabr 2026 28 baxış
Sanitar huşsuz pasiyenti döyüb? | Bərdədə xəstəxanada nə baş verib? - Baku TV

Sanitar huşsuz pasiyenti döyüb? | Bərdədə xəstəxanada nə baş verib? - Baku TV

Hadisə
18 oktyabr 2026 28 baxış
Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV

Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV

Hadisə
18 oktyabr 2026 28 baxış
FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı

FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı

Hadisə
18 oktyabr 2026 28 baxış
Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI

Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI

Hadisə
17 oktyabr 2026 28 baxış
Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI

Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI

Hadisə
17 oktyabr 2026 28 baxış
"Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV

"Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV

Hadisə
17 oktyabr 2026 28 baxış
Seçilmişlər
icon