Daşkəsənin hərbi komissarı mayor Anar Əsgərov saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən mayor həbs edilib.
Bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
#Daşkəsən teqi istifadə olunub
- Daşkəsəndə tükürpərdən hadisə | 13 yaşlı yeniyetmənin döyüldüyü iddia edilir - Baku TV
- "Gediş-gəliş tamamilə dayanıb" | Daşkəsəndə təbii fəlakət ciddi fəsadlar törətdi - Baku TV
- Daşkəsəndə acınacaqlı vəziyyət | Suyun içində olan sakinlər fəryad etdi - Baku TV
- Daşkəsən dağlarında vacib əməliyyat | Gizli plan belə ifşa olundu!
- “AzerGold” və MEDİA-nın jurnalistlər üçün təşkil etdiyi təlim və mediaturdan görüntülər
