Pleyeri seçin:

Dedi ki, Ətağa atandan yaxşı kişidir | İş yoldaşını qətlə yetirən şəxsə hökm oxundu

04 mart 2025 405 baxış

Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunan Elşən Məmmədov barəsində açılan cinayət işi başa çatıb.

İstintaqla müəyyən edilib ki, 2024-cü il aprelin 19-u saat 21 radələrində Elşən Məmmədov sərxoş halda çilingər işlədiyi "Bakıxanov" çörək zavodunun həyətinə gəlib, orada təsadüfən rastlaşdığı, həmin zavodda qazanxana operatoru işləyən Etibar Salamzadə ilə birlikdə yenidən spirtli içki qəbul edib. Daha sonra onlar arasında mübahisə yaranıb.

Aralarındakı mübahisədən hiddətlənən Elşən Məmmədov xidməti otağına gedərək oradan məişət təyinatlı bıçaq götürüb. Daha sonra Etibar Salamzadəyə yaxınlaşıb, onun döş qəfəsinə və qarnına 2 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məhkəmə iclasında Elşən Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, Etibar Salamzadə ilə münasibəti pis olmayıb. Sadəcə ünvanına işlətdiyi söyüşə görə özünü idarə edə bilməyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum olunub. 

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 405 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 405 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 405 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 405 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 405 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 405 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 405 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 405 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 405 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 405 baxış
Seçilmişlər
icon